BMT nümayəndəsindən Qəzza ilə bağlı çağırış
Birləşmiş Millətlər Təşkilatının Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese, BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal atəşkəs tələb edən qərarı ilə bağlı danışıb.
Demedia.az xəbər verir ki, o bildirib ki, Qəzzada atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının qərarları tamamilə məcburidir və yerinə yetirilməlidir. Albanese Qəzzada atəşkəslə bağlı gözə çarpan hər hansı bir hərəkətin olmadığını və bunun ən qısa zamanda həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. O, bütün keçidlərin açılması barədə tərəflərə çağırış edib.
Bahadur Seyidov