Quterreş İsrailin Qəzzaya hücumu barədə danışdı



 23:21 05.04.2024     264

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, İsrailin hücumlarında süni intellektdən istifadə etməsi barədə xəbərdən dərin narahatlıq keçirdiyini ifadə edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, süni intellektdən müharibə aparmaq üçün istifadə edilməməlidir. HƏMAS-ın hücumunun terror hücumu olduğunu deyən Quterreş, bunun İsrailin cavab əməliyyatları keçirməsinə haqq qazandıra bilməyəcəyini bildirib. İsrailin hücumlarının Qəzzada Fələstin xalqına ölüm və dağıntı gətirdiyini bildirən Quterreş, 32 mindən çox mülki şəxsin öldüldüyünə, 75 mindən çox insanın isə yaralandığına diqqət çəkib.

Bahadur Seyidov