Məşhur yapon biznesmen hoteldə  ölüm tapıldı



 10:15 06.04.2024     279

Yamaha Music şirkətinin Rusiyadakı baş direktoru 55 yaşlı Jun Aoki Rusiyanın paytaxtı Moskvada lüks hoteldə ölü tapılıb.

Demedia.az xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinin üzvüdür.

55 yaşlı Jun Aokinin cəsədi əvvəllər Ukrayna hoteli kimi tanınan, hazırda Moskvada Radisson Collection Hotel kimi fəaliyyət göstərən məşhur Stalin göydələnində tapılıb. Onun şirkəti hələ də onun necə öldüyünü anlamağa çalışdıqlarını bildirib.

Rusiyanın RBC xəbər kanalı araşdırmanın davam etdiyini, lakin cəsədin üzərində heç bir yara izi tapılmadığını bildirib. Polisdəki mənbə RBC-yə bildirib ki, onun ölümünə heç bir cinayət səbəb olmayıb.

Bahadur Seyidov