İsrail dünyadakı diplomatik missiyalarını  bağlayır



 10:42 06.04.2024     254

İsrailin Romadakı səfirliyinin təhlükəsizlik riski səbəbindən bağlandığı bildirilib.

Demedia.az xəbər verir ki,  bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin İranın Dəməşqdəki konsulluq binasına hücumundan sonra Romadakı Mişel Merkati küçəsində yerləşən İsrail səfirliyinin həyəcan vəziyyətinə gətirildiyi və bu səbəbdən bağlandığı bildirilib.

Xəbərdə həmçinin qeyd olunub ki, İsrail Dəməşqdə yüksək rütbəli İran rəsmilərinin həlak olması ilə nəticələnən hücumdan sonra İranın cavab addımı atacağından narahat olaraq dünyadakı 30 diplomatik missiyasını bağlamaq qərarına gəlib.

Bahadur Seyidov