Rusiya Ukraynada yeni ərazi ələ keçirdi



 11:18 06.04.2024     247

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətindəki Vodyanoye qəsəbəsini nəzarətə götürdüklərini bildirib.

Demedia.az xəbər verir ki, bu barədə nazirlikdən açıqlama verilib. Açıqlamada Rusiya ordusunun Donbasda Ukrayna müdafiəsinin dərinliklərinə doğru irəliləyərək əlverişli mövqeləri nəzarət altına almağa davam etdiyi bildirilib. Həmçinin məlumatda Avdiyivka istiqamətindəki "Mərkəz" birliklərinin Donetskdə Vodyanoye qəsəbəsini ələ keçirdiyi qeyd edilib.

Bahadur Seyidov