BMT İnsan Haqları Şurasında Qəzzada atəşkəs tələb edən qətnamə layihəsi qəbul edilib
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada dərhal atəşkəs tələb edən qətnamə layihəsini qəbul edib.
Demedia.az xəbər verir ki, BMT İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində “İnsan hüquqlarının vəziyyəti və Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində hesabatlılıq və ədalətin təmin edilməsi öhdəliyi” adlı qətnamə layihəsi səsə qoyulub. İslam Əməkdaşlıq Təşkilatının təqdim etdiyi qətnamə layihəsi 47 üzvlü Şurada keçirilən səsvermədə 6 səs əleyhinə olmaqla 28 səslə qəbul edilib.
13 ölkə səsvermədə bitərəf qalıb. ABŞ, Argentina, Bolqarıstan, Almaniya, Malavi və Paraqvay layihənin əleyhinə səs verib, Fransa, Hindistan və Yaponiya isə bitərəf qalıb.
Bahadur Seyidov