Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Qətər, Misir və İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək
ABŞ-ın xarici kəşfiyyat təşkilatı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns Qahirəyə gedərək Qətər, Misir və İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.
Demedia.az xəbər xəbər verir ki, o, İsraillə HƏMAS arasındakı məhbus mübadiləsi məsələsini müzakirə edəcək. ABŞ mediasının mövzu ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Burnsun Qahirəyə səfəri reallaşmaq üzrədir. Xəbərdə Burnsun Qahirəyə səfəri zamanı Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani, İsrail xarici kəşfiyyat təşkilatının Mossad direktoru David Barnea və Misir Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamil ilə görüşəcəyi bildirilib.
Bahadur Seyidov