İsrail Qəzza zolağına humanitar yardımı artırmağa razılaşıb



 12:23 06.04.2024     261

İsrail dövlət televiziyası KAN, Hərbi Nazirlər Kabinetinin Qəzzada humanitar böhran üçün bölgəyə yardımı artırmaq üçün tədbirlər gördüyünü açıqlayıb.

Demedia.az xəbər verir ki, İsrail Qəzza zolağına humanitar yardımı artırmağa razılaşıb. Humanitar yardımların Aşdod Limanı və Beyt Hanun (Erez) Sərhəd Qapısı vasitəsilə bölgəyə çatdırılmasına müvəqqəti icazə veriləcəyi, İordaniyadan gələn yardımların isə Kerem Əbu Səlim (Şalom) Sərhəd Qapısından keçməsinə icazə veriləcəyi qeyd edilib.Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ prezidenti Co Bayden dünən İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzzada çalışan humanitar yardım işçilərinə qarşı hücumların “qəbuledilməz” olduğunu bildirib.

Bahadur Seyidov