1 milyarddan çox karbon qazı emissiyasının qarşısı alınacaq



 10:14 08.04.2024     291

Dünya üzrə kömür elektrik stansiyalarının bağlanması ilə 1,4 milyard ton karbon emissiyasının qarşısı alınacaq.

Demedia.az xəbər verir ki, bu barədə “Global Energy Monitor” (GEM) beynəlxalq qeyri-hökumət təşkilatı məlumat  yayıb.

Bildirilib ki,  məlumatlarının toplusuna əsasən, hazırda dünyanın 75 ölkəsində təxminən 2440 kömür elektrik stansiyası var. Bu elektrik stansiyalarının gücü 2 milyon 130 min 119 meqavatdır.

2040-cı ilə qədər dünyada 296 min 713 meqavat gücündə kömür elektrik stansiyalarının bağlanması ilə 1,4 milyard ton karbon emissiyasının qarşısı alınacaq.

Bu elektrik stansiyalarının illik karbon emissiya səviyyəsi 10 milyard ton olaraq hesablanır.

Onların 78,3 faizi Asiyada yerləşirsə, onu 10,4 faizlə Amerika qitəsi ölkələri və 7,8 faizlə Avropa izləyir. Ölkə miqyasında ən böyük güc 1 milyon 136 min 731 meqavatla Çində, ikinci yerdə 237 min 148 meqavatla Hindistan və 200 min 90 meqavatla ABŞ gəlir.

Bahadur Seyidov