Fransa və Rusiya arasında bu məsələdə əlaqələr kəsilib
Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov bildirib ki, Olimpiya Oyunları ərəfəsində iki ölkə arasında terrorla mübarizə məsələsində təmaslar kəsilib.
Demedia.az xəbər verir ki, onun sözlərinə görə, Fransa hakimiyyəti Rusiya səfirliyi ilə təhlükəsizlik səylərini əlaqələndirmək istəmir.
“Tarixən Rusiya və Fransa terrorizmlə mübarizədə səmərəli əməkdaşlıq ediblər, lakin son vaxtlar Fransa bu sahədə bütün kommunikasiyaları dayandırıb. İndi Fransa hakimiyyəti Parisdə akkreditə olunmuş bütün xarici səfirliklərlə təhlükəsizlik məsələləri üzrə xüsusi əməkdaşlıq sistemi tətbiq edib, lakin Rusiya səfirliyi bu təşəbbüslə bağlı nə dəvət edilib, nə də məlumatlandırılıb”, - Meşkov “Le Journal du Dimanche” nəşrinə müsahibəsində bildirib.
Bahadur Seyidov