Dünyanın ən yaşlı kişisi açıqladı – Uzunömürlülük üçün…
111 yaşında dünyanın ən yaşlı insanı olan Con Alfred Tinnisvud uzun ömür sürməyin sirrini "şans" kimi qiymətləndirib.
Demedia.az xəbər verir ki, Venesuela sakini Xuan Visente Peres Mora 115 yaşına həftələr qalmış vəfat etdikdən sonra 111 yaşlı Con Alfred Tinnisvud “dünyanın ən yaşlı adamı” titulunu alıb.
avqust 1912-ci ildə Liverpulda anadan olan “Tinniswood”un bu adla Ginnesin Rekordlar Kitabına düşdüyü açıqlanıb. Siqaret çəkməyən və nadir hallarda spirtli içki qəbul edən “Tinniswood”un uzunömürlülük barədə sualına "Məncə, hər şey şansdır" cavabını verib.
Sertifikatını alarkən Ginneslə danışaraq “Ya uzun yaşarsan, ya da qısa yaşarsan, bunun üçün edə biləcəyin çox şey yoxdur” deyərək, həyatda “mülayim olmağı” tövsiyə edib.
Bahadur Seyidov