İsrail aylarla döyüşdüyü yerdən geri çəkildi
İsrail ordusu təxminən 4 aya yaxındır qurudan hücumlarını davam etdirdiyi Qəzzanın cənubundakı Xan Yunusdan geri çəkildiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə ordu sözçüsü Anadolu Agentliyinə məlumat verib.
Bildirilib ki, ordunun Xan Yunisdə hücumu həyata keçirən 98-ci Komando Diviziyasının bölgədəki missiyasını tamamlanıb.
Qeyd edək ki, İsrailin 184 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 33 min 175-ə yüksəlib. Açıqlamada diviziyanın dünən axşam saatlarında Qəzza zolağından tamamilə geri çəkildiyi, Qəzza zolağında yalnız Nahal Briqadasının qalmağa davam edəcəyi bildirilib.
İsrail mətbuatının məlumatına görə, Qəzzadakı mülki əhalinin bölgənin şimalına qayıtmasının qarşısını almaq üçün Nahal Briqadası bölgədə qalacaq.
Digər tərəfdən, “Haaretz” qəzetinin yazdığına görə, Xan Yunisdən geri çəkilmə İsrailin Qəzzaya hücumları nəticəsində 6 aydır didərgin düşən və Rəfaha sığınan fələstinlilərin öz evlərinə qayıtmasına şərait yaradacaq.
Xəbərə görə, Xan Yunisdə kəşfiyyat və hücum fəaliyyətlərini tamamladığı üçün geri çəkildiyini bildirən ordu, geri çəkilmənin ABŞ-nin İsrail Baş naziri Binyamin Netanyahunun tələbi nəticəsində olduğu iddiasını rədd edib.
Bahadur Seyidov