Allergiya, təzyiq və revmatizma xəstəliyini yaradan qidalar - Video
Mövsümlər dəyişərkən bəzi xroniki xəstəliklər oyanır. Bu oyanışda qidaların da rolu az deyil.
Lakin xəstəliklərin həyat keyfiyyətini sürətlə aşağı salmasına mane olan qidalar da var. Məsələn; pendir, qayğanaq miqren xəstələrinə mənfi təsir etsə də, armud, kivi, kərəviz miqren ağrılarını azaltmaq qabiliyyətinə malikdir. Bu gün miqren, allergiya, revmatizma və yüksək təzyiq kimi durumlarda orqanizmin dəstəkçisi olan qidalardan danışacağam. Qidalanma vərdişlərini nəzarətdə saxlamaqla xəstəliklərin irəliləməsini 30% azaltmaq mümkündür. Lakin burda diqqət edilməli bir məqam da var: hər orqanizm individualdır. Yəni birinə yaxşı təsir edən digərində mənfi nəticələr yarada bilir. İnsan öz orqanizmini yaxşı tanımalıdır ki, təklif edilən ümumi üsullardan hansının ona faydalı olduğunu anlasın. Beləliklə, sizə miqren tutmalarını artıran qidaları tanıdım: -pendir (sərt, hisə verilmiş, duzda saxlanılmış); -alkoqollu içkilər; -içalat (içalatdan hazırlanmış yarımfabrikatlar); -dəniz məhsulları; -konservlər; -sitrus meyvələri; -çox yağlı, bol ədvalı yeməklər; -kafeinli içkilər (tünd qaraçay, tünd kofe, turş içkilər); -əncir, kişmiş, avokado, banan, qırmızı gavalı, şokolad; -fıstık əzməsi; -bəzi paxlalılar (dən lobya, mərcimək, soya);
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az