Damarlarda yığılan trombu əridir - Xolestrolu azaldan möcüzə qidalar - Video



 09:32 08.04.2024     414

Damarlarda yapışıb qalan xolestrolu necə əridə bilərik? Sizcə son illər ürək xəstələrinin sayı niyə artıb?

Əslində xolesterolun səviyyəsini yüksəldən səbəblər çoxdur. Lakin burada ilk yerdə məhz qidalanma gəlir. Məsələn, marketlərdən aldığınlız qidaların keyfiyyətinə nə qədər etibar edirsiniz? Yeməyinizi bişirdiyiniz yağ nə qədər təmizdir? Nələri səhv edirik? Bu gün bu barədə tam açıq danışacam. Siz də bu videonu öz yaxınlarına göndərərək, onların sağlamlığını qoruya bilərsiniz. Damarlara yapışmış xolesterolu əridən, ömrü uzadan qidalara keçməzdən əvvəl xolestrol nədir? ona aydınlıq gətirim. Çox zaman xolesterolu təhlükəli, zərərli maddə kimi təsvir edirlər, lakin bu yanlış fikirdir. Xolesterol hormonlar, D vitamin və həzm fermentlərinin sintezi üçün lazım olan bir maddədir. Lakin qədərində. Bu maddənin qanda miqdarının artması ürəyə gedən damarlarda yağ əlavələrinin toplanmasına gətirib çıxarır. Yüksək xolesterinin səbəbi bir sıra faktorlardan asılıdır. Bəzi insanlarda bu, ailədə, nəsildə üstünlük təşkil edir. Bəzilərində isə həyat tərzinin sağlam olmaması, qeyri-düzgün qilanma kimi səbəblər önə çəkilir. Sağlam qidalanmaq xolesterol səviyyələrini nəzarətdə saxlamağın ən yaxşı üsuludur. Gündəlik qidalanma vərdişlərində bəzi dəyişikliklər etməklə uğurlu nəticə əldə edə bilərsiniz:

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az