Hər gün 2 stəkan için! - Köhnə həkimlərin sirri - Video



 09:37 08.04.2024     453

Cökə çiçəyi çayı dünyada ən çox içilən dərman bitkilərindən biridir. Çox ləzzətli bir dadı var, bal ətri verir.

Keçmişdə cökədən nehrə hazırlayardılar, bu nehrənin yağından azacıq cökə ətri gələrdi. Bitkinin çayı dünyada daha çox əsəb sakitləşdirici kimi tanınır. Amma xalq təbabətində saylmaqla bitməyən faydaları da var. Gəlin onlara nəzər salaq. Tərlədici və bədəni yumşaltmaq xüsusiyyətləri olduğundan soyuqdəymə zamanı geniş istifadə edilir. Axşam yatmazdan əvvəl 1 stəkan içilib yatanda yuxunu dərinləşdirir, həmçinin bədən, əl, ayaq soyuqluğundan əziyyət çəkənlər üçün əvəzolunmaz bir vasitədir. Amerikada Çikaqo Universitetində cökə ağacının çiçəkləri ilə bağlı çox maraqlı bir eksperiment həyata keçirilib. Həkimlər soyuqdəsi olan xəstələri 3 qrupa bölüblər. birinci qrupa antibiotik, ikinci qrupa həm antibiotik, həm cökə çiçəyi çayı, üçüncü qrupa isə təkcə cökə çayı verərək müalicə ediblər. Nəticədə təkcə cökə çayı verilmiş üçüncü qrup xəstələr tez sağalmış, həm də xəstəliyin fəsadı qalmamışdır.Bu da bir fakt Cökə çiçəyinin heç bir zərərli təsiri olmadığından soyuqdəymə zamanı ondan tərləyənə qədər bol-bol içmək olar. Zoğal və ya moruq mürəbbəsi ilə içdikdə daha tez tərlədir. Cökə, eyni zamanda qan təzyiqini aşağı salır, çox istifadə edənlər bunu nəzərə alaraq dəmləməyə bal əlavə etməlidirlər. Yüksəlmiş temperaturu aşağı salır, öskürək və ürək döyüntülərinin artması zaman çayın içilməsi faydalıdır. Cökə yüksək antioksidan xüsusiyyətləri olan bir bitkidir. Bu antioksidanlar sayəsində cökə çayı iltihab nəticəsində yaranan xroniki xəstəliklərin qarşısını alır. Cökə çayının tərkibində ağrı və tutulmaları aradan qaldırmağa kömək edən maddələr var. Bu maddələr; •Baş ağrısı • Əzələ spazmları, • Oynaq ağrıları, • Aybaşı ağrılarının aradan qaldırılmasına dəstək ola bilər.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az