DİQQƏT! Fitrəni kimlərə vermək OLMAZ? -VİDEO



 10:30 08.04.2024     320

Fitrə ramazan ayının başa çatması münasibətilə verilən zəkata deyilir. İslamın beş əsas prinsiplərdən biri olan Fitrə zəkatının adam başına müəyyən miqdarı var.

Üstəlik bu zəkatı siz hər kəsə də verə bilməzsiz. Bəs bu məbləğ nə qədər olmalıdır? Kimlərə verilə bilər? Videomuzda ətraflı məlumat alacaqsınız. Fitr sözünün ərəb dilində mənası “Yaradılış” deməkdir. Hər bir şeyin zəkatı olduğu kimi insan bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməkdir. Bu mənada insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatını verməzsə, orucu qəbul olmaz. Bəs Fitrə zəkatını kim, nə qədər verməlidir? Mənbələrdə qeyd olunur ki həddi-büluğa çatmış, aqil olan, huşsuz, yoxsul qul olmamyan şəxslər fitrə zəkatı verə bilər. Bayram gecəsi təzə ayın əvvəli olması sübuta yetdikdən sonra fitrə ayrılmalı və səhər tezdən zöhr namazına qədər verilməlidir. Əgər insanın nəzərində tutduğu fitrəni verəcəyi şəxs uzaq bir yerdə və ya başqa şəhərdə olarsa, onu gözləmək olar. Əsas odur ki, bayram gecəsi fitrə zəkatı ayrılıb hazır qoyulsun. Zəkat adambaşına minimum 5-10 manat müəyyən edilib. hər bir şəxs adambaşına olmaqla buğda, arpa, xurma, kişmiş, düyü və bu kimi şeylərdən 3 kiloqramını fitrə zəkatına layiq olan şəxsə verməlidir. Yaxud bunlardan hər hansının pulunu versə, kifayətdir. Bir insanın maddi imkanı geniş ola bilərsə, müəyyən olunmuş məbləğdən artıq verə bilər. Bir sıra mənbələrdə qeyd olunur ki, Ramazanda Fitrə zəkatı qeyri müsəlmanlara verilə bilməz. Hətta deyilir ki, qeyri müsəlmanlara və dindən çıxanlara zəkat verilmir. Digər tərəfdən övladın yoxsul ata və anasına, eləcə də ata,ananın övlada fitrə zəkatı verməsi düzgün qəbul edilmir. İlahiyyatçıların fikrincə fitrə zəkatı cəmiyyət arasında əxlaq dəyərləri aşağı, pis vərdişləri olan şəxslərə və namaz qılmayanlara verilə bilməz.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz