CHP liderindən Ərdoğan haqqında oyunu dəyişən sözlər



 18:00 08.04.2024     261

Martın 31-də keçirilən yerli seçkilərdə qalib gələn CHP sədri Özgür Özəl hökumətə yaxınlığı ilə tanınan “Sabah” qəzetinə verdiyi müsahibədə prezident Ərdoğanla bağlı açıqlamalar verib.

Demedia.az xəbər verir ki, yeni dönəmdə əvvəlki kimi 'yanındayam' deyən Özəl, 'Gəlməyəcəyəm' siyasətindən uzaq olacaqlarını ifadə edib.

O bildirib: "Bayram günü cənab prezidentə zəng edəcəm. Onu bayram münasibətilə təbrik edirəm. Bundan sonra onlara bəzi şeylər deyəcəm.  Randevu istədiyi yerə gedəcəm. Əvvəlki kimi 'sizə gəlməyəcəyəm' yoxdur. Belə bir siyasət yürütməyəcəyəm. Çankaya Köşkündə görüşməyi üstün tuturam. Çünki cənab Ərdoğanın iş otağı da ordadır".

Aysun / Demedia.az