Təyyarədə qalmaqal: Havada olarkən bir anda... - VİDEO



 23:48 08.04.2024     665

Qalmaqalları ilə hər zaman gündəmdə olan “Boeing” yeni böhranına təyyarələrindən birinin uçuş zamanı mühərrik qapağının düşməsi ilə başlayıb.

Demedia.az xəbər verir ki, yanvar ayında ABŞ-da Alyaska Hava Yollarına məxsus təyyarədə Boeing MAX 737 model sərnişin təyyarəsinin qapısının düşməsindən sonra nəhəng şirkətin istehsal prosesləri ilə bağlı narahatlıqlar artıb. Təhqiqat təyyarədə "boş bolt" problemi aşkar etdi və bu, narahatlıqları artırdı.

Bir çox Boeing təyyarələri ciddi problemlərə görə təcili eniş edib və ABŞ-da 171 təyyarənin uçuşlarının dayandırılması qərara alınıb. Boeing-də ardıcıl böhranlardan sonra şirkətin baş direktoru Dave Calhoun istefa verəcəyini açıqladı.

Ardıcıl böhranlarla gündəmdən düşməyən Boeing təyyarələri yenidən panikanın ünvanına çevrildi. Son böhranda Boeing 737-800 model təyyarənin mühərrik qapağı havaya qalxarkən qoparaq qanadlarından birinə dəyib. Southwest Airlines şirkətinə məxsus təyyarə bir müddət havada uçduqdan sonra Denver hava limanına qayıdıb.

2015-ci ildə istehsal olunan təyyarədə səyahət edən 135 sərnişinin vəziyyətinin yaxşı olduğu və başqa təyyarəyə köçürüldüyü də bildirilir. Aviaşirkət hadisə ilə bağlı araşdırmalara başlayıb.

Aysun / Demedia.az