İtaliyada müsəlman tələbələr Ramazan bayramının ilk günündə tətil edilməsini tələb ediblər
İtaliyanın bəzi universitetlərində təhsil alan müsəlman tələbələr Ramazan bayramının ilk günündə tətil edilməsini tələb ediblər.
Demedia.az xəbər verir ki, bəzi təhsil müəssisələrində başlayan Ramazan bayramının ilk günündə dərslərin dayandırılması praktikasından sonra digər məktəblərdəki müsəlman tələbələrdən də oxşar tələblər gəlməyə başlayıb. Milandakı Politexnik Universitetində müsəlman tələbələrin birliyi mədəni və dini fərqlilikləri tanımaq və onlara hörmət etmək üçün Ramazan bayramında dərslərin dayandırılmasını tələb edib.
Boloniya Universitetində təhsil alan müsəlman tələbələr də Milanda dostlarının tələblərini dəstəkləyib və rəhbərlikdən bayram münasibətilə dərslərin dayandırılmasını istəyiblər.
Bahadur Seyidov