Birləşmiş Ərəb Əmirlikləri ilk yardım karvanının Qəzza zolağının şimalına quru yolu ilə gəldiyini açıqlayıb



 23:21 09.04.2024     248

Birləşmiş Ərəb Əmirlikləri ilk yardım karvanının Qəzza zolağının şimalına quru yolu ilə gəldiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin Birgə Əməliyyatlar Komandanlığından verilən yazılı açıqlamada, ölkənin 17 yük maşınından ibarət yardım karvanı ilk dəfə qurudan Qəzzanın şimalına çatdığı qeyd edilib.Açıqlamada bildirilib ki, 370 tondan çox humanitar yardım daşıyan karvanda qaçqınlar üçün ərzaq, tibbi ləvazimat və geyim, eləcə də zəruri alət və avadanlıqlar olub.

Açıqlamada həmçinin qeyd olunub ki, humanitar yardım ilk dəfə bir ölkə vasitəsilə Qəzzanın şimalına qurudan daxil olub.

Bahadur Seyidov