Qəzzaya humanitar yardım çatdırmaq üçün İsrailə təzyiq və sanksiyaların tətbiq oluna bilər



 22:14 09.04.2024     289

Fransanın xarici işlər naziri Stefan Sejourne Qəzzaya humanitar yardım çatdırmaq üçün İsrailə təzyiq və sanksiyaların tətbiq oluna biləcəyini bildirib.

Demedia.az xəbər verir ki, Sejourne qonaq olduğu Fransanın RFI radiosu ilə France 24 kanalının birgə yayımında Qəzzaya humanitar yardım məsələsindən danışıb. Humanitar yardımların çatdırılması üçün Qəzza zolağının şimal və cənubunda keçid məntəqələrinin açılmasını tələb edən Sejourne, bölgəyə yüzlərlə yardım maşınının keçməsi lazım olduğunu vurğuladı.

Sejourne humanitar yardımın Qəzzaya çatması üçün İsrailə qarşı hətta təzyiq və sanksiyalar da daxil olmaqla addımların atıla biləcəyini bildirib.

Bahadur Seyidov