Oslo və Viken qubernatorluğu ukraynalı qaçqınlarla bağlı qərarı ləvğ edib



 22:45 09.04.2024     285

Norveçin Oslo və Viken qubernatorluğu Drammen yerli şurasının ukraynalı qaçqınlarla bağlı qərarı ilə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, açıqlamada Drammenin yalnız ukraynalı qaçqınları qəbul etmə qərarının rədd edildiyi bildirilib. Sözügedən qərarın konstitusiyaya zidd olduğu və millətə görə birbaşa ayrı-seçkiliklə bağlı olduğu qeyd edilib.

Qeyd edək ki, Drammendəki sağçı parlament 29 lehinə, 28 əleyhinə səsi ilə şəhərə yalnız ukraynalı qaçqınların qəbulu barədə qərar vermişdi.

Bahadur Seyidov