Sovet həkimlərinin yuxu çayı - Əsəb və yuxusuzluğun təbii dərmanı - Video
Yuxusuzluq dövrümüzün geniş yayılmış problemlərindəndir. Bəsit dildə desək, insanlar yuxuya gedə bilmir.
Yuxusuzluqdan əziyyət çəkənlər həmişə dalğın, yorğun olurlar, gündəlik işlərini yerinə yetirməkçün belə, gücləri qalmır. Sutkada lazımi qədər yuxu yatmasaq, yaddaşımız zəifləyir, qərar vermək bacarığımız azalır. Yaradıcılıqdan isə söhbət etmək yersiz olur. Yuxusuzluğun müalicə üsulları müxtəlifdir. Təbii üsullar vasitəsilə və ya həkim nəzarətində dərmanlar qəbul etməklə yuxusuzluq problemi həll oluna bilər. Lakin təbii üsulları da qeyri-şüuri şəkildə tətbiq etmək düzgün deyil. Mütləq mütəxəssis məsləhəti alınmalıdır. Ağciyərlər, mədə, bağırsaqlar kimi bir çox orqan yuxu zamanı dincəlmə durumuna keçirlər. Beynimiz də dincəlir, amma tam yox. Beyin dalğalarının hərəkətləri sayəsində yuxunun mərhələləri müşahidə edilə bilir. Yuxusuzluğun səbəbləri bunlardır: • Stress, depressiya, əndişə; • Tibbi xəstəliklər; • Dərmanlar; • Qəzəb, kədər, nigaranlıq; • Ruhi pozğunluqlar və travmalar;
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az