İranın İsrailə hücumuna 300-dən çox raket və pilotsuz uçuş aparatından istifadə edilib



 09:05 15.04.2024     722

İsrail ordusu İranın həyata keçirdiyi hücumda 300-dən çox raket və pilotsuz uçuş aparatından istifadə edildiyini bildirib.

Demedia.az xəbər verir ki, açıqlamaya görə, hücumda istifadə edilən raket və PUA-ların 99 faizi zərərsizləşdirilib.

Hücumda təxminən 170 PUA-dan istifadə edildiyi bildirilib. Məlumata görə, PUA-ların hamısı hava hücumundan müdafiə sistemləri ilə yanaşı, İsrailin müttəfiqlərinə aid təyyarələr tərəfindən İsrail ərazisinə çatmadan məhv edilib. İranın 30-dan çox qanadlı raket atdığı və onların hamısının İsrail ərazisinə çatmamış zərərsizləşdirildiyi iddia edilib.

Bahadur Seyidov