Rusiya yeni ərazilər işğal edib



 09:42 15.04.2024     315

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətinin Avdiyivka şəhəri istiqamətindəki Pervomayskoye qəsəbəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. "Mərkəzi Qüvvələr Qrupunun bölmələri Avdiyivka istiqamətində Donetsk Xalq Respublikasının Pervomayskoye qəsəbəsini azad edərək mövqelərini gücləndirib. Ukrayna ordusuna aid 222 pilotsuz uçuş aparatı zərərsizləşdirilib” - açıqlamada deyilir.

Bahadur Seyidov