Rusiya İran və İsrailə çağırış etdi
Rusiya Xarici İşlər Nazirliyi İranın İsrailə qarşı hava hücumları ilə bağlı bütün əlaqədar tərəfləri təmkinli davranmağa və region dövlətlərinin mövcud problemləri siyasi və diplomatik yollarla həll etməyə çağırıb.
Demedia.az xəbər verir ki, bəyanatda xatırladılıb ki, İran bu hücumları Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində və Dəməşqdəki səfirliyinə edilən hücumlara cavab olaraq həyata keçirib. Rusiya İsrailin İranın Dəməşqdəki diplomatik binasına hücumunu qınayıb. Açıqlamada, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərbli üzvlərinin münasibəti səbəbindən bu hücuma müvafiq cavabın verilə bilmədiyi vurğulanıb.
Bahadur Seyidov