HƏMAS-dan İranın İsrailə hücumu barədə açıqlama
HƏMAS hərəkatı İranın Suriyanın paytaxtı Dəməşqdəki diplomatik missiyasına təşkil edilən hücuma cavab olaraq İsrailə hücum etməsinin “təbii reaksiya” olduğunu açıqlayıb.
Demedia.az xəbər verir ki, açıqlamada “İranın həyata keçirdiyi hücum təbii reaksiyadır. İranın Dəməşqdəki konsulluğunun hədəfə alınması və İnqilab Keşikçiləri Korpusunun bəzi liderlərinin öldürülməsi cinayətinə təbii reaksiya və layiqli cavabdır” deyə bildirilib.
Bəyanatda İsrailin hücumlarından müdafiənin region ölkələri və xalqlarının təbii haqqı olduğu qeyd edilib.
Bahadur Seyidov