İsrail bu əraziyə hücumu ertələdi



 11:48 15.04.2024     291

İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza zolağında köçkün fələstinlilərin sığındığı Rəfaha qurudan hücumu təxirə saldığı iddia edilib.

Demedia.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb.

Xəbərdə Netanyahunun Rəfaha quru hücumunu niyə və nə vaxta qədər təxirə saldığına dair heç bir məlumat verilməyib.

Qeyd edək ki, Netanyahu aprelin 8-də verdiyi açıqlamada təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha qurudan hücumun "tarixinin müəyyən edildiyini" bildirmişdi.

Bahadur Seyidov