İsrail İrana qarşı sanksiyalar tələb edir
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat İranın İsrailə hücumundan sonra ona qarşı sanksiyaların tətbiq edilməsini tələb edib.
Demedia.az xəbər verir ki, Haiat sosial mediadakı paylaşımında İranın dünən gecə hava hücumuna əlavə olaraq, “İraqda milislər, Yəməndə husilər və Livanda Hizbullah tərəfindən İsrailə qarşı əlavə hücumlar həyata keçirildiyini” bildirib.
“İranın nüvə silahı olmamalıdır” fikrini irəli sürən Haiat, “İran təcavüzünün bədəlini ödəməlidir” deyib.
Haiat İran İnqilabı Keşikçiləri Korpusunun “terror təşkilatı” kimi tanınmalı olduğunu müdafiə edərək, raket sahəsində də daxil olmaqla, İrana qarşı “ağrılı sanksiyalar” tələb edib.
Bundan başqa, Avropa İttifaqı dünən gecə İsrailə hücumundan sonra İrana qarşı sanksiyaların genişləndirildiyini açıqlayıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərinə görə, Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar pilotsuz təyyarələrin və raketlərin istehsalı proqramlarına yeni sanksiyalar tətbiq olunacaq.
Bahadur Seyidov