İranın İsrailə hücumuna görə Türkiyədə kömək istənilib - İDDİA
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalından İranın İsrailə gözlənilən zərbəsi ilə bağlı vəziyyətin həllində vasitəçi olmasını istəyib.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-I məlumat yayıb.
Bildirilib ki, söhbət aprelin 10-da baş tutub. Kalının bu tələbi qəbul edib etmədiyi barədə məlumat verilmir.
Bahadur Seyidov