Qapalı ürək əməliyyatının üstünlükləri nədir? - Video
Kiçik kəsiklə olan (Minimal İnvaziv/Endoskopik) ürək əməliyyatlarının üstünlükləri
● Xəstələr reanimasiyada ortalama 1 gün, palatada isə 2-3 gün qalır. ● İnfeksiya riski minimum olur. (nasos istifadə edilməməsi səbəbindən) ● Əməliyyat növünə görə sağ və ya sol məmə altından bəzən körpücük sümüyü altından 4-5 sm-lik kəsikdən icra olunur. ● Əməliyyat zamanı və sonrasında qanama miqdarı çox az olduğundan əməliyyatların çoxunda qan köçürməyə ehtiyac qalmır. ● Standard əməliyyatlardan fərqli olaraq döş sümüyü kəsilmədiyi üçün döş qəfəsi bütünlüyü qorunur. Daha az ağrı və tənəffüs problemləri yaşanır. Yaxşılaşma dövrü daha sürətli olur.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az