Binalarda vahid xidmət haqqı məsələsi: Kommunal xərclər necə hesablanır? - Video
Kommunal ödənişinin əsası
İlk öncə qeyd etmək yerinə düşər ki, çoxmənzilli yaşayış binaları müştərək mülkiyyətli daşınmaz əmlak kateqoriyasına daxildir. Bu isə o deməkdir ki, bu binaların bütün mənzil mülkiyyətçilərinə məxsus olan ümumi əmlakları var. Həmin ortaq əmlakların baxımı və saxlanması bütün mənzil mülkiyyətçilərinin məsuliyyətinə aiddir.
Kommunal xidmət haqqı necə hesablanır?
Kommunal xidmət haqqı heç də bütün binalar üçün eyni qiymət deyil və ola da bilməz. Kommunal pulunun hər bina üçün fərqli təyin olunması çox təbiidir və bunun səbəbini bu məqalədə görəcəksiniz. Bu haqda məqalənin sonrakı hissəsində ətraflı danışacağıq. Lakin gəlin, ilk öncə şərti bir bina müəyyən edək və həmin binaya aid ümumi əmlakları və sahələri dəqiqləşdirək. Kommunal haqqı hesablamaq üçün binanın malik olduğu bir sıra xüsusiyyətlər qiymətin hesablanması üçün önəmlidir.
Tanınmış vəkil Vamiq Şükürov öz "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib.
Demedia.az həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az