Ürək-damar xəstəliklərində profilaktik effekti ilə tanınır - Video



 09:47 15.04.2024     504

Zeytun yağı ölkəmizdə yetişdirilən zeytun ağacından istehsal olunan unikal multivitamindir. Təbii aptek deyilən zeytun yağının istehlakı arıqlamada son dərəcə təsirli olur. 

 - Həzm sisteminə təsirləri; istər soyuq olsun, istər isti olsun zeytun yağı mədəni ətraflı şəkildə qoruyucu bir təbəqəylə əhatə edərək mədə turşusunu azaldır. Yeməkdən əvvəl və ya sonra qəbul edilən bir qaşıq zeytun yağı, mədə pərdəsini örtüb spirtin təsirinin qarşısını aldığı kimi, qarışıq içkilərin yol açdığı sərxoşluğu da azaldır.

- Qastrit və xoraya qarşı qorumada təsirli yardım edir. Həzmi asan olan zeytun yağı qidaların bağırsaqlar tərəfindən çox daha yaxşı sorulmasını təmin edən bağırsaqların işini tənzimləyir. İsidilmiş olsun, ya da olmasın zeytun yağı mədə turşuluğu azalda bilir. Qıcıqlanmanı aradan qaldırıcı təsiri xoraya qarşı qorumanı təmin edər. Bağırsaqlardan yemək keçməsini asanlaşdırmaq surətiylə qəbzliyə mane olur.

- Zeytun yağı öd kisəsinin daralmasını (büzülmə) və öd ifrazını xəbərdar edərək öd daşı meydana gəlmə riskini azaldır, həzmi asanlaşdırır. Dalaqda daş əmələ gəlməsinin qarşısını alar. Sarılığa və qaraciyər sancılarına yaxşı təsir edər. Oruc tutanlar, səhər yeməyində bir xörək qaşığı zeytun yağı içsə öd kisəsi və bağırsaqları rahatlaşdıracaq.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az