İsmail Kartaldan oyun sonrası şərh: “Bizə yaraşmadı”



 15:00 15.04.2024     222

"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal geridən gələrək 2-1 qalib gəldikləri Fatih Karagümrük matçından sonra açıqlama verib.

Demedia.az xəbər verir ki, Kartal bu fikirləri söyləyib:

"İlk yarıda oynadığımız futbol bizə yaraşmadı. Rəqibimiz də çox hazırlıqlı idi. Qarşılaşmaya yaxşı hazırlaşmışdıq, ancaq ilk yarıda istədiyimizi edə bilmədik və rəqibimiz də buna imkan vermədi.

3 gündən bir matç oynayırıq, çoxdandır istədiyimizdən bu qədər uzaqda oynamamışıqdır. Karagümrük yaxşı bir komandadır".

Aysun / Demedia.az