Bu qidalar ürəyə gedən damarları bağlayır - Video



 10:57 15.04.2024     447

Xolesterol səviyyəsi necə aşağı salınır?

Orqanizmdə xolesterol səviyyəsinin yüksəkliyi ürək xəstəlikləri riskini artırır, infarkta zəmin hazırlayır. Həyat tərzindəki dəyişikliklər və dərmanlar sayəsində xolesterol səviyyəsini nizamlamaq mümkündür. Xolesterol orqanizmin ehtiyac duyduğu yağlı maddədir. Hüceyrə membranının bir hissəsi kimi fəaliyyət göstərir, bəzi hormonların, D vitamininin, ümumiyyətlə, yağda həll olan vitaminlərin istehsalı və orqanizm tərəfindən mənimsənilməsi üçün vacibdir. Xolesterolun 2 növü var: 1. LDL ( ağırlaşdırılmış lipoprotein; 2. HDL (yüksək sıxlıqlı lipoprotein);

Orqanizmdə fəsadlar yaradan məhz LDL, yəni “pis xolesterol”dur. Məhz bu xolesterolun səviyyəsinin nizamda saxlanılması sağlamlıq naminə gərəklidir. “Pis xolesterol”u azaltmağın yolları düzgün qidalanma, idman etmək, arıqlamaq, həyat tərzini dəyişməkdir. Evdə “pis xolesterol”un səviyyəsini aşağı salmaq üçün bunları edə bilərsiniz: 1. Doymuş yağ, trans yağ kimi qeyri-sağlam yağlardan istifadəni önəmli dərəcədə azaltmaq; 2. Omeqa-3 yağ turşuları ilə zəngin qidalar qəbul etmək; 3. Yarımfabrikatlardan, emal edilmiş qidalardan uzaq durmaq; 4. Lif qəbulunu çoxaltmaq; 5. Pendir suyu kimi proteinləri qəbul etmək; 6. Çəkiyə nəzarət etmək; 7. İdmanla məşğul olmaq;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az