İsrailə hücumdan əvvəl... - Şok məlumat yayıldı
İranın İsrailə raket hücumu ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Demedia.az xəbər verir ki, “Reuters”in məlumatına görə, hücumdan əvvəl İran və ABŞ Türkiyə vasitəsilə əlaqə saxlayıb.
“Reuters”ə danışan türk diplomat, “İran Türkiyə vasitəsilə ABŞ-a əməliyyatın yalnız səfirlik hücumuna müdaxilə edəcəyini və bundan irəli getməyəcəyini bildirib. ABŞ əməliyyatın müəyyən sərhədlər daxilində olmasında israr edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün keçirdiyi mətbuat konfransında verdiyi açıqlamada hücumdan 3 gün əvvəl qonşularını xəbərdar etdiyini bildirib.
Aysun / Demedia.az