Həkimlər belə hər axşam bu çayı içir! - Yuxusuzluğun çarəsi - Video
Yuxu və həzm problemlərindən siz də əziyyət çəkirsiniz? Köp və sancılara görə dərman atmaq bezmisiniz?
Müasir şəhər həyatında sakit əsəblərə sahib olmaq olduqca cətindir. Çoxlarımız isə elə düşünürük ki, mümkünsüzdür. Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər əsəblərimizə hakim kəsilərək gün ərzində bizi gərgin vəziyyətdə saxlayır və özümüzü çarəsiz sayırıq. Ancaq gəlin bu qədər də bədbinliyə qapılmayaq. Çünki əsəbləri sakitləşdirməyin xalq təbabətində çox sadə bir çarəsi var. Bir fincan melisa, digər adıyla desək ballınanə çayı əsəblərinizi tam sakitləşdirəcək. Bitki çayı sevənlər melisa çayının ətrindən, dadından xəbərdardırlar. Bu çay möcüzəvi xüsusiyyətləri ilə də seçilir. Rahatladıcı olması və xoş aroması sayəsində melisa çayı insana bir çox sahədə kömək edir: -stressin öhdəsindən gəlir; -yuxu rejiminin normallaşdırır; -həzm problemlərini, mədə və bağırsaqlarda spazm və ağrıları aradan qaldırır; - stresdən yaranan sürətli ürək döyüntüsünü normaya salır, - ürəkbulanma, qusma kimi şikayətləri olanlarda köməyə çatır.
Demedia.az "Bir Bax" "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az