Bel ağrılarını yumurta qabığı necə sağaldır? - Video



 11:19 15.04.2024     461

Bədənimizdə kalsium maddəsi çatışmayan zaman sümüklərimiz xəbərdarlıq siqnalı verir.

Osteoporoz zamanı isə sümüklərin həssaslığı tez tez sınmalara və zədələrə səbəb ola bilir. Lakin bütün sadalanlara baxmyaraq kalsiyum orqaizmdə təkcə sümüklər üçün əhəmiyətli deyil, onun varlığı digər proseslər üçün də zəruridir. Bu videoda sizə kalsium haqda hər şeyi deyəcəyik. Kalsium sümük sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir. Dişlərimiz və sümüklərimizin 99 faizi kalsiumdan əmə gəlir. Kalsium sümükləri və dişləri qoruyan bir mineraldır. Hər bir insan gün ərzində 1000-1200 milliqram kalsium qəbul etməlidir. Bu bədənin normasıdır. Bədənimiz kalsiumu istehsal etmir, biz onu qida vasitəsilə ilə qəbul etməliyik. Bədənin sümüklərini saxlamaq, əzələləri daraltmaq, qan damarlarını genişləndirmək, hormon və fermentlər ifraz etmək üçün kalsiuma ehtiyacı var. Kalsium əzələlərə də müsbət təsir göstərir və əzələ daralmalarını tənzimləyir. Qanın laxtalanmasında mühüm rol oynayan kalsium ürək əzələsininin hərərkətini də qorumağa kömək edir. Ümumiyyətlə, kalsiumun nə üçün lazım olduğunu aşağıdakı kimi sıralamaq olar 1 Sümük sağlamlığını və əzələ fəaliyyətini tənzimləyir 2 Hamiləlik zamanı kifayət qədər kalsium yüksək təzyiq riskinin qarşını alır 3 Xolesterola müsbət təsir göstərir 4 Xərçəng riskini azaldır 5 Maddələr mübadiləsini dəstəkləyir 6 D vitamini ilə qəbul edildikdə iltihab əlamətlərini yaxşılaşdırır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az