Avtobusda maraqlı hadisə: Subay olduğunu bildirən sürücü... - VİDEO



 23:48 15.04.2024     607

Türkiyədə Ramazan bayramı zamanı maraqlı hadisə yaşanıb. 

Demedia.az xəbər verir ki, TEM şosesində çəkilən görüntülərdən sürücü subay olduğunu bildirərək qeyri-adi addım atıb. Bu da digər sürücüləri narahat edib.

Bəzi sürücülər isə onu dəstəkləyib. Ramazan bayramı zamanı TEM şosesində çəkilən görüntülər nəqliyyatın hərəkətini təhlükə altına qoyub. 06 DTY 595 nömrə nişanlı avtobusun sürücüsü davamlı olaraq hərəkət zolaqlarını dəyişdirərək, hərəkəti təhlükə altına alarkən, avtomobilin arxasına yazılan LED sürüşmə nişanları sürücülərin diqqətini yayındırıb. Avtobus sürücüsünün davamlı olaraq hərəkət zolaqlarını dəyişdirərək hərəkətə təhlükə yaratdığı anları vətəndaş lentə alıb. Avtobusun arxasına yazılan yazılar sürücünün evlənmək istədiyini düşündürdü. Bəzi avtobus sürücüləri bu yazının digər sürücülərin diqqətini yayındırdığını və qəza törətdiyini bildirsələr də, bir sürücü həmkarını müdafiə edərək “Yük maşınının arxasındakı yazılar bizim ata-baba irsimizdir” deyərək yazıları oxumağa çalışaraq yol hərəkətinə təhlükə yaradanları günahlandırıb.

Aysun / Demedia.az