Almaniya Ukraynaya yeni “Patriot” hava hücumundan müdafiə sistemi tədarük edəcək



 09:58 16.04.2024     282

Almaniya hökuməti hərbi yardım paketi çərçivəsində Ukraynaya yeni “Patriot” hava hücumundan müdafiə sistemi tədarük edəcək.

Demedia.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin  açıqlamasında, Rusiyanın hava hücumlarının artması və Ukrayna hökumətinin tələbi ilə bu ölkəyə daha əvvəl tədarük edilənlərə əlavə olaraq daha bir “Patriot” hava hücumundan müdafiə sistemi təhvil veriləcəyi bildirilib.

Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi daha əvvəl hərbi yardım paketi çərçivəsində Ukraynaya iki “Patriot” hava hücumundan müdafiə sistemi, atəş bölmələri və iki “Patriot” buraxılış qurğusu, eləcə də müxtəlif hərbi texnika tədarük etmişdi.

Bahadur Seyidov