İsrailin Eurovision mahnı müsabiqəsində boykot edilməsi tələb edilib



 09:15 16.04.2024     261

Eurovision mahnı müsabiqəsinin keçiriləcəyi İsveçin Malmö şəhərində etiraz aksiyası təşkil edilib.

Demedia.az xəbər verir ki, Malmödə əllərində Fələstin bayraqları və pankartlar olan etirazçılar şəhərdə keçiriləcək Eurovision mahnı müsabiqəsində İsrailin boykot edilməsini tələb ediblər.Etirazçılar Eurovision loqosunun üstündə İsraili boykot etməyə çağıran pankart qaldırıblar.

Digər pankartda İsrail bayrağı ilə İsrailin müsabiqədə iştirakına etirazını əks etdirən simvollar əks olunub. Qeyd edək ki, Avropanın bir çox ölkəsi İsraili Malmö şəhərində keçiriləcək Eurovision mahnı müsabiqəsində iştirakdan məhrum etməyə çağırıb.

Bahadur Seyidov