İsrail ordusu Livana hava zərbələri endirib



 10:14 16.04.2024     249

İsrail ordusunun Livanın şərqindəki Baalbek şəhərinin Nəbi Şit qəsəbəsinə hava hücumu təşkil etdiyi bildirilib.

Demedia.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail ordusuna aid döyüş təyyarələri ölkənin şərqində və Suriya sərhədinə yaxın Baalbek-Hermel əyalətində hücum təşkil edib.İsrail döyüş təyyarələrinin Baalbekin Nəbi Şit qəsəbəsində bir binanı hədəf aldığı və hücum nəticəsində binanın tamamilə dağıldığı qeyd edilib.Hücumla bağlı Hizbullah və İsrail ordusundan hələlik açıqlama verilməyib.

Qeyd edək ki, İsrail ordusu bundan əvvəl də eyni bölgədəki Hizbullah hədəflərinə oxşar hücumlar həyata keçirib.

Bahadur Seyidov