İranın Brüsseldəki səfiri Belçikanın Xarici İşlər Nazirliyinə çağırılıb
Belçikanın xarici işlər naziri Haca Ləhbib İranın Brüsseldəki səfirinin nazirliyə çağırıldığını bildirib.
Demedia.az xəbər verir ki, o bildirib ki, Belçika İranın İsrailə hücumunu qınayıb. Nazir tərəfləri təmkinli olmağa çağırıb. Onun sözlərinə görə, regional gərginliyin qarşısını almaq lazımdır.
Qeyd edək ki, Hollandiya və Almaniya da İranın öz ölkələrindəki səfirlərini nazirliyə çağırıb.
Bahadur Seyidov