Okan Burukdan "Fənərbaxça"ya göndərmə...
Trendyol Super Liqasının 32-ci həftəsində "Qalatasaray" "Korendon Alanyaspor"u 4:0 hesabı ilə məğlub edib.
Demedia.az xəbər verir ki, xalını 87-yə yüksəldən sarı-qırmızılılar əzəli rəqibi "Fənərbaxça"nın 2 xal üstünlüyü ilə liderliyini davam etdirən "Cimbom"un uğurlu baş məşqçisi Okan Buruk matçdan sonra gündəmdə olan açıqlamalar verib:
"Fənərbaxça ilə Superkubok oynasaydıq, bu matça daha yaxşı başlaya bilərdik. Əslində ilk hissədə bir az yavaş oynadıq. Daha sürətli oynaya bilərdik. Rəqib boşluqlar verdi. Barış Alper Yılmaz, Hakim və Mauro'nun qollarını vurduq, özümüzə inamımız artdı və matçı 4-0 qazandıq və qol buraxmadan bitirdik".
Aysun / Demedia.az