İstanbulda zəlzələ zəhlükəsi... - Alimdən şok sözlər
İstanbul çox böyük bir fəlakətlə üzləşə bilər.
Demedia.az xəbər verir ki, bunu türkiyəli professor Naci Görür deyib.
O bildirib ki, artıq İstanbulu zəlzələyə hazırlamağın vaxtıdır: "İstanbulu və Mərmərə bölgəsini zəlzələyə davamlı etmək üçün hökumət, yerli rəhbərlik və elm dünyası ilə bütün gücümüzlə səy göstərməliyik. İşlərə başlamaq lazımdır.
Zəlzələyə davamlı şəhər demək olar ki, böyük zəlzələdən minimum zərərlə sağ çıxan şəhər deməkdir. Türkiyədə 5-6 ballıq zəlzələdə belə minlərlə insan ölür. 6 fevral zəlzələlərində 50 mindən çox insanımızı itirdik. İndi bu çağda dünyada bu texnologiya ilə o qədər də ölmürlər. Bizdə isə bu yaxınlarda 3-5 nəfər həlak olub Bizim edəcəyimiz şey zəlzələyə davamlı şəhərlər yaratmaqdır ki, şəhərin bütün komponentləri zəlzələ baş verməzdən əvvəl aşkar edilərək onların zərərləri azaldılmalıdır".
Aysun / Demedia.az