Kıvanç Tatlıtuğ və Kənan İmirzalıoğlu bir arada...
Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizerin oğlu Kurt Efenin iki yaşı tamam olub.
Demedia.az xəbər verir ki, ad gününə qatılanlar arasında Sinem Kobal-Kənan İmirzalıoğlu cütlüyü də olub.
Yaxın dostları İmirzalıoğlu və Tatlıtuğun pozası çox danışılıb.
Kıvanç Tatlıtuğ-Başak Dizer cütlüyü 2022-ci ildə Kurt Efenin dünyaya gəlməsi ilə ilk dəfə valideyn olmaq xoşbəxtliyini yaşayıb. Aprelin 15-də iki yaşı tamam olan Kurt Efenin ad gününə məşhur adlar qatılıb.
Sinem Kobal və həyat yoldaşı Kənan İmirzalıoğlu bu xoşbəxt gündə yaxın dostlarını tək qoymayıblar. Gözəl aktrisa həyat yoldaşı Kıvanç Tatlıtuğla birgə fotosunu izləyiciləri ilə bölüşüb. İkilinin pozası sosial mediada trend mövzusuna çevrilib.
Aysun / Demedia.az