İranın İsrailə hücumundan da xəbəri var idi... - Vanqanın şok kəhanəti
1911-ci ildə Makedoniyada anadan olan Vangeliya Pandeva Dimitrova bütün dünyada “Baba Vanqa” kimi tanınır.
Demedia.az xəbər verir ki, ömrünün çox hissəsini Bolqarıstanda keçirən Vanqanın bitki həkimi olmaqla yanaşı, mistik güclərə malik olduğu iddia edilir.
Baba Vanqanı öyrənən və araşdıran bir çox insan onun son illər əvvəl baş vermiş bir sıra mühüm hadisələri gördüyünü iddia edir. Bu hadisələrdən ən diqqət çəkəni SSRİ-nin dağılması, 2004-cü ildə Tailand sunamisi və Barak Obamanın ABŞ prezidenti seçilməsidir.
Vanqanın sözlərinə görə, 2024-cü ildə xüsusilə Avropada terror aktları artacaq. Eyni zamanda, super dövlət yeni ildə bioloji silahlarını sınaqdan keçirəcək və ya başqa ölkədə istifadə edəcək.
Baba Vanqanın proqnozuna görə, Britaniya mediası bu kehaneti iki ölkə arasında gərginliyin artması və İranın hücumundan sonra “ürək verici” kimi şərh edib. “Mirror” qəzeti yazıb ki, Vanqa illər əvvəl İranın İsrailə hücum edəcəyi barədə peyğəmbərlik edib. Baba Vanqa Çinlə dünya ölkələri arasında müharibənin olacağını da proqnozlaşdırıb və Pekini “Qırmızı Düşmən” kimi təsvir edib. Vanqanın fikrincə, “Qırmızı Düşmən”lə müharibə Üçüncü Dünya Müharibəsini və nüvə raketlərini alovlandıracaq.
Hər zaman təsadüfən rastlaşdığı kehanetləri ilə tanınan Vanqanın təbii ki, gerçəkləşməyən proqnozları da var. Onlardan biri ABŞ-ın 45-ci prezidentinin ölkəni yıxacağı idi, lakin Donald Trampdan sonra ABŞ hələ də super güc kimi dünyaya liderlik etməkdə davam edir. Vanqa 2010-2014-cü illər arasında yenidən nüvə müharibəsinin olacağını da bildirib, lakin bu peyğəmbərlik özünü doğrultmayıb.
Aysun / Demedia.az