Kənddə ölmək üçün 2 əqrəb yedi, sonra isə...



 23:48 16.04.2024     929

Kayseridə iki əqrəb yeyən şəxs sərnişin avtobusunda pisləşərək Samsunda aparıldığı xəstəxanada dünyasını dəyişib.

Demedia.az xəbər verir ki, işin istintaqı davam etdirilir.

Əldə edilən məlumata görə, Kayserinin Kocasinan rayonunun Hasancık kəndində yaşayan Bilal Yiğit (56) depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib.

Sərnişin avtobusu ilə Artvinə gedən Bilal Yiğit Samsunun Havza səmtində avtobusda hərəkət edərkən pisləşib. Havza Dövlət Xəstəxanasına aparılan Yiğit 'kəndində ölmək üçün 2 əqrəb yediyini' deyib.

Samsun Təhsil və Araşdırma Xəstəxanasına sövq edilən Bilal Yiğit müdaxilələrə baxmayaraq xilas ola bilməyib və həyatını itirib. Bilal Yiğitin cansız bədəni yarılma üçün Samsun Ədliyyə Tibb Təşkilatı Qrup Başçılığına göndərilib. Şəxsin dəqiq ölüm səbəbinin yarılmadan sonra müəyyən ediləcəyi öyrənilib.

Aysun / Demedia.az