NASA Aya yeni missiya göndərir
Yarım əsr sonra NASA 2025-ci il üçün planlaşdırılan "Artemis II" missiyasında dörd astronavtı Aya səyahətə çıxaracaq "Orion" kosmik gəmisini sınaqdan keçirməyə başlayəb.
Demedia.az xəbər verir ki, hər şey yaxşı olarsa, II Artemisdən sonra 2026-cı ildə III Artemida ilə bir qadın və qaradərili ilk dəfə Ay səthinə ayaq basacaq.
NASA səyahətdə istifadə ediləcək Orion kapsulunun Florida ştatındakı Kennedi Kosmik Mərkəzindəki Əməliyyatlar və İdarəetmə Binasındakı vakuum kamerasına köçürüldüyünü göstərən bir video paylaşıb. Kapsul burada elektromaqnit uyğunluğu və müdaxilə testlərindən keçəcək.
Yayda mühəndislər Orionu dərin kosmosdakı şərtləri idarə edə bilib-bilmədiyini görmək üçün kosmik mühiti yaxından simulyasiya edən bir sınaq keçirəcəklər.
Bahadur Seyidov