İran Fars körfəzində ələ keçirdiyi yük gəmisindəki iki Pakistan vətəndaşını sərbəst buraxıb
İran Fars körfəzində ələ keçirdiyi yük gəmisindəki iki Pakistan vətəndaşını sərbəst buraxıb.
Demedia.az xəbər verir ki, İran gəminin İsraillə əlaqədə olduqlarını iddia edib. “Geo News” televiziyasının diplomatik mənbələrə əsaslanaraq verdiyi məlumata görə, gəmidə olan pakistanlıların ailələri ölkələrinin Xarici İşlər Nazirliyindən qohumlarının xilas edilməsini istəyiblər. Pakistan Xarici İşlər Nazirliyinin səyləri nəticəsində İran ələ keçirdiyi gəmidə iki Pakistan vətəndaşını azad edib.
Qeyd edək ki, Portuqaliya bayraqlı gəminin İngiltərənin paytaxtı Londonda yerləşən “Zodiac Maritime” şirkətinin sahibi israilli iş adamı Eyal Ofelə məxsus olduğu iddia edilib.
Bahadur Seyidov